Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri ilə təmənnasız təchiz olunacaq

21-07-2017, 18:59           
Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri ilə təmənnasız təchiz olunacaq
Azərbaycan prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, sözügedən binadakı 255 mənzil "Bakı Telefon Rabitəsi" MMC tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON ("Giqabit Passive Optical Network") əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.

Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.

Binanın sakinləri "Bakı Telefon Rabitəsi" MMC tərəfindən "Üç bizimlə" layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru