Qatilə çevrilən XƏZƏR: Günah kimdədir? - Nazirlikdən REAKSİYA

24-07-2017, 22:28           
Qatilə çevrilən XƏZƏR: Günah kimdədir? - Nazirlikdən REAKSİYA
Dünən havanın küləkli keçməsi dənizdə kütləvi sudabatmalarla müşahidə edilib.

BiG.AZ-a daxil olan şikayətlər sırasında isə daha çox üstünlüyü dəniz kənarında, çimərliklərdə yerləşən xilasedicilərin olmaması, onların batan şəxslərin həyatını xilas etməməsi təşkil edib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov belə küləkli havalarda nazirliyin vətəndaşlara xüsusi xəbərdarlıqlar etdiyini və yayılan məlumatların əsassız olduğunu bildirib:
“Yayılan məlumatlar və iddialar tamamilə əsassızdır. Nazirliyin nəzarətində olan rəsmi çimərliklərdə xilasedicilərimiz daim ayıq-sayıq fəaliyyət göstərirlər. Bizim nəzarətimizdə olan məntəqələrdə belə bir hallar baş verməyib. Belə hallar qeyri-rəsmi çimərliklərdə yaşanır. Orada da təhlükəli ərazilər olduğu üçün "çimmək qadağandır" nişanları yerləşdirilib. Eyni zamanda Kür çayında da boğulma halları olub. Biz bununla bağlı məlumat da dərc etmişik. Vətəndaşlar mütləq şəkildə bizim xəbərdarlıqlarımıza diqqətlə yanaşmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.