Evə girən oğrunu yuxu tutdu - Gözünü açanda özünü polis məntəqəsində gördü

1-08-2017, 21:28           
Evə girən oğrunu yuxu tutdu - Gözünü açanda özünü polis məntəqəsində gördü
Avstraliyanın Esperans şəhərində oğru qeyri-ənənəvi şəkildə ələ keçib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs oğurluq etmək üçün girdiyi evdə bahalı şərabla rastlaşıb və onun dadına baxmaq qərarına gəlib. Şərab oğruya o qədər ləzzət edib ki, onu axıra qədər içib. Bir qədər sonra isə oğrunu yuxu aparıb.

Ev sahibi bildirir ki, o, evə girdikdə oğrunun yataqda yatdığını görüb. Ev sahibi dərhal polisə məlumat verib. Oğru gözünü açanda isə artıq polis məntəqəsində olduğunu görüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.