Baş nazirin müavininin nəvəsini nə qədər həbs gözləyir? - 5 il...
7-08-2017, 13:53

“Mercedes-Gelandawagen” markalı avtomobil ilə iki nəfərin ölümünə səbəb olan Nail Allahverdiyev 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Bunu AzNews.az-a açıqlamasında hüquq-müdafiəçisi Adəm Məmmədov Baş nazirin müavini Əli Həsənovun nəvəsinin həbsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, baş verən qəza ilə bağlı açılan cinayət işi ağır cinayətlər kateqoriyasına aiddir:
“Çox güman ki, Nail Allahverdiyevin barəsində həbs qətimkan tədbiri 4 ay müddətinə seçilib. Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsində 5 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5-ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər”.
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.