Ümumi orta təhsil bazasında kolleclərə qəbulun nəticələri açıqlanıb
8-08-2017, 00:18
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma faizi Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi Dövlət (ödənişsiz) 4279 3924 191 4115 96.17 Dövlət (ödənişli) 5063 4098 141 4239 83.73 Özəl 1125 631 18 649 57.69 Cəmi 10467 8653 350 9003 86.01
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.