Yol polisi ilə sürücü arasında insident: "Sillə atdın mənə?" - VİDEO

8-08-2017, 14:42           

İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.

teref.az xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, Yol Polis Xidmətinin əməkdaşı sürücü çəkiliş apararkən kamerasına vurub.

Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər.

Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru