Rus milyoner Qarabağa qayıtdı - Avantüra...

20-07-2015, 12:28           
Rus milyoner Qarabağa qayıtdı - Avantüra...
Rusiyalı ekstravaqant biznesmen German Sterliqov Moskvadan Dağlıq Qarabağa qayıdıb.

Virtualaz.org saytı xəbər verir ki, haqqında açılmış cinayət işinə baxmayaraq o, Rusiyanı tərk edib. “Vkontakte” sosial şəbəkəsində yazdığı qeyddə Sterliqov bildirir ki, bir neçə gün əvvəl Dağlıq Qarabağdan Rusiya hüquq-mühafizə orqanlarına xəbər göndərərək 3 günlüyə Moskvaya qayıdacağını bildirib. O, sözünə əməl edib və ötən həftə Moskvaya qayıdıb. Lakin 3 gün ərzində hüquq-mühafizə orqanları onunla maraqlanmayıblar və istintaqa çağırmayıblar. Nəticədə avantürist fermer Şuşaya, ailə üzvlərinin yanına qayıdıb.

Sterliqov deyib ki, bunu “Azərbaycan və Rusiya KİV-lərinin onun haqqında yazdıqları böhtanlara cavab olaraq” edib. O, Rusiya polisindən Qarabağda gizlənmədiyini bildirib. Sterliqov habelə İsrail vətəndaşı Milana Qornşteynin iddiası əsasında barəsində böhtan ittihamı ilə qaldırılmış cinayət işini “təxribat” adlandırıb. Deyib ki, bu işin arxasında onu Qarabağa buraxmamağa çalışan Azərbaycan dayanırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru