İDDİA: "Lider" TV bağlana bilər - "4 aydır maaşlar verilmir"

11-08-2017, 17:31           
İDDİA: "Lider" TV bağlana bilər - "4 aydır maaşlar verilmir"
DİA.AZ: - "Əgər vəziyyət bu şəkildə davam edərsə, yaxın aylarda "Lider" kanalından əsər-əlamət qalmayacaq". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən kanal əməkdaşlarından biri danışıb.

Onun sözlərinə görə, ciddi maliyyə böhranı keçirən "Ldier"un bağlanması da gözlənilir.

Qaynaq dia.az-a söləyir: ""Lider" TV-də 4 aydır maaşlar verilmir. Telekanalın 200-yə yaxın işçisi aylardır maaş üzünə həsrət qalıb. Nə vaxta qədər belə davam edəcək? Kimsə bilmir. Bilinəni isə odur ki, yemək, yaşamaq istəyən "Lider" əməkdaşlarının artıq pulsuz çalışmağa dözümləri qalmayıb".

Mövzu diqqətimizdədir. Telekanal rəhbərliyinin də mövqeyini açıqlamağa çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru