Rüstəm Behrudinin yeni kitabı: “Orada xarici dillərə tərcümə olunan şeirlər var”

16-08-2017, 00:20           
Rüstəm Behrudinin yeni kitabı: “Orada xarici dillərə tərcümə olunan şeirlər var”
Türk dünyası və Azərbaycanın ən tanınmış şairlərindən olan Rüstəm Behrudinin yaxın günlərdə “Şaman duasından dar ağacına” şeirlər kitabı işıq üzü görəcək. Kitabda dünyanın bir çox dillərinə tərcümə edilən şairin həm yeni, həm de seçilmiş şeirləri yer alıb.

Kitab Xan Nəşriyyatında Restəm Behrudinin 60 illik yubileyi münasibeti ilə nəşr edilir. Bundan əlavə oktyabr ayında şairlə oxucuların görüşü planlaşıdırılır.

Kitabın tərtibçi və redaktoru Şəmil Sadıq Moderator.az saytına açıqlamasında toplu haqqında məlumat verib:
“Rüstəm Behrudi 1980-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şair, geniş düşüncə və böyük fikir adamıdır. Milli azadlıq hərəkatının ilk fədailərindən olan Rüstəm Behrudinin bütün yaradıcılığı yeni türk milli düşüncə tərzinin formalaşmasına, fəlsəfi fikrinin zənginləşməsinə xidmət etmiş sənət nümunələridir.

Onun “Şaman duaları”, “Salam, dar ağacı”, “Boz qurd”, “İblis mələkdən gözəldi”, “Din sevdim din üstünə” və bu kimi onlarca kitabı türk dünyasında sevilə-sevilə oxunur.
“Yaddaşlara yazın”, “İblis mələkdən gözəldi” kitabları İranda, “Meşədə darıxan ağac” kitabı Almaniyada alman dilində çap olunub. Yaradıcılığından seçmələr isə ingilis, fransız, macar, serb və başqa dillərə çevrilib.
O, türk milləti adına təkbaşına dua oxuyan bir Şaman nəvəsidi. Rüstəm Behrudi Avropada keçirilən keçirilən “Türk dünyası uluslararası şeir” festivalının qızıl mükafatçısı (Böyük ödül), DAK Mədəniyyət Akademiyasının fəxri üzvü, Azərbaycanın bütövlüyü uğrunda “Qızıl qılınc” mükafatının sahibidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.