Bakıda bu da oldu - FOTOLAR
16-08-2017, 19:49

Bakı Dövlət Sirkinin qarşısındakı avtobus dayanacağı yararsız hala düşüb. PrimeTime.Az xəbər verir ki, dayanacağın oturacaqları zibil qutusu ilə əvəz edilib. Sakinlər bildirir ki, dayanacaqda oturacağın olmaması yaşlı insanlar üçün çox ciddi problem yaradır: "Elə olur ki, yolların tıxaclı olmasına görə, avtobuslar gecikir. Dayanacaqdan yaşlı insanlar, uşaqlı qadınlar, sağlamlıq imkanları məhdud olanlar istifadə edir. Amma bu dayanacaqdan oturacağı götürüblər. Günün istisində camaat ayaq üstə qalıb. Gətirib zibil qabını da dayanacağın içinə qoyublar. Belə də şey olar? Bunun qoxusundan içərdə dayanmaq mümkün deyil. Bizi gün vursa da, məcburuq arxa tərəfdə dayanaq" Qeyd edək ki, sərnişinlərin rahatlığı üçün zibil qutusunu ətrafdakı insanların köməkiyi ilə dayanacağın çöl hissəsinə yerləşdirdik. Ümid edirik ki, rəsmi qurumlar dayanacaqdan çıxarılmış oturacağı əvvəlki yerinə bərpa edəcək. Sözügedən görüntüləri təqdim edirik:
Bakıda bu da oldu - FOTOLAR




