Rusiyada Vahid səsvermə günü başlayıb

10-09-2017, 09:27           
Rusiyada Vahid səsvermə günü başlayıb
Rusiya Federasiyasında Vahid səsvermə gününə start verilib.
"Report" xəbər verir ki, sentyabrın 10-u yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə 10 sentyabr saat 00:00) ölkənin şərqində ilk seçki məntəqələri açılıb.
Bu gün Rusiyada müxtəlif səviyyələrdə təxminən 5,8 min seçki və referendum keçiriləcək. Ölkənin 16 regionunda federasiya subyektlərinə rəhbərlər seçiləcək: bunlar Buryatiya, Kareliya, Mordoviya, Udmurtiya, Mariy El respublikaları, Perm diyarı, Belqorod, Kalininqrad, Kirov, Novqorod, Ryazan, Saratovsk, Sverdlovsk, Tomsk, Yaroslavsk vilayətləri və Sevastopoldur.
Altı regionda - Şimali Osetiya, Udmurtiya, Krasnodarsk diyarı, Penzensk, Saratovsk və Saxalin vilayətlərində qanunvericilik məclislərinə deputatlar seçiləcək.
Moskvada bələdiyyə deputatları seçkiləri baş tutacaq. Bu, paytaxtın 125 rayonunda keçiriləcək.
Paytaxtda namizəd qismində 7665 nəfər qeydiyyata alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru