Tanınmış yazıçılar prezidentə təşəkkür məktubu ünvanladı- MEHMAN ƏLİYEVƏ GÖRƏ

12-09-2017, 09:03           

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli Prezidentimiz!
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin işiylə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq. Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunu ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.
Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi, Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.