“Azpetrol”un benzinindən görün nələr çıxdı – VİDEO

12-09-2017, 09:42           

Bakı şəhər sakini idarə etdiyi avtomobildə yaranmış nasazlığa görə Sahil ustaya müraciət edib. Sürücü idarə etdiyi avtomobilin 15 min km yürüşü olduğunu bildirib. Usta yanacaq çənindəki filteri çıxartdıqda məlum olub ki,filter təmiz yararsız vəziyyətə düşüb. Həmin filterdən paslı qum dəncikləri tökülüb. Sürücü bildirir ki, yanacağı ancaq "Azpetrol"un yanacaqoldurma məntəqələrindən alır.
Sahil usta isə iddia edir ki,paslı qum dənəciklərinin yanacaq çəninə dolmasının səbəbi yanacaq doldurma məntəqələrindəki yanacaq çənlərinin təmizlənməməsindən irəli gəlir.Belə olan halda isə ziyan sürücüyə dəyir.
Cavid İbrahimov adlı neftçi isə bildirib ki, filterdən çıxan qum deyil, kükürd dənəcikləridir. “Neftin tərkibində kükürd olur. “Sera ocistka” deyilən qurğudan keçməmiş neftin emalı düzgün deyil. Amma bizdə necə gəldi emal olunub verilir daxili bazara. Neft təmizlənmir kükürd və karbonlu birləşmələr qalır tərkibində. Bu da metalda aşılanmaya, filterin bu hala düşməsinə və ən əsası da insan səhhətinə ciddi zərər verir. Kükürdü heç açıq vəziyyətdə də ələ almaq olmaz, təhlükəlidir. Bizim neft texnologiyasında çalişanlara insaf diləyirəm...”.
[media=https://www.youtube.com/watch?time_continue=7&v=40uYk2oBk7c]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru