Polad Bülbüloğlu ilə bağlı yayılan xəbərlərə RƏSMİ REAKSİYA

12-09-2017, 14:10           

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə səfirlik əməkdaşlarının iştirakına qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə bildirilib ki, bu xəbərlər yalan və böhtandır.

"Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun Baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədir.

Bundan əlavə, vurğulayırıq ki, bir aydan artıqdır, Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə səfər edir, müvafiq görüşlər keçirir.

Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir", - deyə məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru