Tariximiz: Sovet dönəmində torpaqlarımız necə verilirdi.....

16-09-2017, 10:32           

1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha ərazisinə iddia irəli sürdü. Həmin ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə qazax rayonunun Kəmərli kəndi arasında yerləşirdi.Kəmərli əhalisi həmin əsassız iddiaya etiraz edərək azərbaycanlı kənd rəhbərlərinin evlərini daşa basmışdılar. Erməni iddialarını dayandırmaq üçün kənd əhalisi rayon rəhbərliyinə, Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdilər. Hətta həmin ilin oktyabr ayının birinci yarısında Moskvaya üç nəfərdən ibarət nümayəndə heyəti də göndərmişdi. Onlar Sov.İKP MK-da olmuşdular. Lakin Moskvaya müraciətin nəticəsi olmamışdı. Onlara aydın cavab verilməmişdi. Moskva torpaqların Azərbaycandan qopardılması göstərişini vermişdi.Oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Ermənistan KP MK Noyemberyan rayon partiya komitəsinin katibi P.Mamyan, cəmi 8 nəfər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəldilər . Onlar Ermənistanın əsasız iddia etdiyi meşə massivinə yerində baxmaq istəyirdilər. Bu, kənd əhalisini hiddətləndirdi.Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan Kəmərli kəndinin 150 nəfər sakini, əsasən qadınlar, gənclər, uşaqlar onlarla görüşə gəldilər. Kənddən təxminən 3,5 km aralıda maşınları qarşılayaraq yolunu kəsən əhali etirazını bildirdi. Torpaqların verilməsi səbəblərini soruşdu. Rasizadə
həmin ərazi barədə iki respublika nümayəndələrindən ibarət yaradılacaq komissiya tərəfindən son qərar veriləcəyini dedi (29). Kəndin rəhbərləri ərazinin Ermənist-ana verilməsinin nəzərdə tutulduğunu söyləyirdilər. Əhali Rasizadə, Movsesyan, Süleymanov, Mamyan və Mehrabyanın oturduqları iki maşını əhatə etdilər. Məsul şəxslər maşından çıxanda əhali onları təhqir etməyə başladı. Rasizadə, Movsesyan, Mehrabyan və Eyyubovu döydülər.
Sonra onları zorla Kəmərli kənd klubuna gətirdilər. Məcbur etdilər ki, belə bir rəsmi akt imzalasınlar: «Torpaq Kəmərli kəndinə məxsusdur və ondan alınmayacaqdır». Onlar əhalinin tələbini yerinə yetirdilər. Yalnız bundan sonra həmin adamları klubdan çölə buraxdılar. Klubda qayda yaratmaq istəyən
Kəmərli kənd sovetinin sədri döyüldü. Zədə aldığından xəstəxanaya aparıldı. Qarışıqlıq yarandı. Məsələ böyüdü. Əhali imzalanmış sənədi aldıqdan sonra rəsmi şəxsləri kənddən qovdu. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi . İclası MK-nın birinci katibi Kamran Bağırov açdı.Bildirdi ki, baş verən münaqişə yerli əhali arasında qeyri-sağlam millətlərarası münasibətlərin, uzun müddət yığılıb qalmış qarşılıqlı ərazi iddialarının Azərbaycanın daxili və xarİcİ sİyasətİ, beynəlxalq münasİbətlər üzrə analİtİk jurnal nəticəsidir. K.Bağırov baş vermiş hadisə üçün yerli rayon rəhbərliyini və Rasizadəni təqsirləndirdi. Eyni zamanda, məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi: “… Sov. İKP MK bizim qarşımızda məsələni həll etmək və geniş planda həll etmək vəzifəsini qoymuşdur” . İclasda Rasizadə çıxış etdi. Onun nitqindən aydın olur ki, indiyədək Azərbaycan ilə Ermənistan arasında 11 məntəqədə ərazi məsələsi həll edilmişdi.Gərgin keçən müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi . Rasizadəyə töhmət verildi. Bəzi azərbaycanlı rəsmi şəxslər cəzalandırıldılar, partiya sıralarından çıxarıldılar. Ermənistanın əsassız ərazi iddiasını təmin edildi
Tarix elmlər doktoru Musa Qasımlı : ,, Azərbaycan təhdid altında:bolşevik işğalından Ermənistanın təcavüzünə qədər
(1920-1988) ''












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.