Həkim: Onlar məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər

19-09-2017, 09:12           
Həkim: Onlar məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər
Bir çox hallarda birinci sinifə gedən uşaqların ağladığının şahidi oluruq.

Həkim pediatr Vaqif Qarayev Trend-ə bildirib ki, uşaqların ağlamalarının səbəbləri müxtəlifdir.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçən, valideynin həddindən artıq qayğısı ilə böyüyən uşaqlar məktəb mühitinə çətinliklə uyğunlaşırlar, hətta bağçaya gedən bəzi uşaqlar da məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər.

Həkim hesab edir ki, uşaqları sevmək lazımdır, amma fasiləsiz "gözümdən uzağa getmə" prinsipi (xüsusən oğlan uşaqlarını) doğru deyil: "Uşaqlar tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Mikroməktəb mühitinə uyğunlaşmaq üçün yaxşı olar ki, uşaq sayı çox olan hazılıq kurslarına getsinlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.