Bayılda seysmik təhlükə artdı: Ehtiyatlı olun

4-10-2017, 22:53           

Seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir.
“Bakı şəhəri Səbail rayonunda seysmik təhlükə səviyyəsi yüksəkdir”.
Bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.
Onun sözlərinə görə, Səbail rayonunda ehtimal olunan seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir: “Rayonun bəzi ərazilərində seysmik təhlükənin səviyyəsi 9 bala qədər yüksəlir, həmin ərazilərdə qrunt suları vəziyyəti pisləşdirir. Rayonun Bayıl hissəsində tez-tez torpaq sürüşməsi olur. Güclü zəlzələ baş verərsə, ərazidə sürüşmə prosesi aktivləşə və dağıntının miqyasını artıra bilər”.
Mütəxəssis qeyd edib ki, seysmik risk yüksək olan ərazilərdə riski aşağı salmaq üçün tədbirlər görülməlidir: “Yeni dayanıqlı binalar, obyektlər tikmək olar. Azərbaycanda seysmik riskin qiymətləndirilməsinə görə 8 bala qədər zəlzələ ola bilər”. /Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru