Binalarda qaz qurğuları sınaqdan keçirildikdən sonra birbaşa qazpaylayıcı şəbəkəyə qoşulacaq

5-10-2017, 08:51           
Binalarda qaz qurğuları sınaqdan keçirildikdən sonra birbaşa qazpaylayıcı şəbəkəyə qoşulacaq
Qazpaylayıcı şəbəkəyə qoşulan məişət qaz qurğusu üçün sertifikat tələb olunmayacaq
Qazpaylayıcı şəbəkəyə qoşulan məişət qaz qurğusu sertifikatlaşdırılmayacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qazdan istifadə Qaydaları” müvafiq dəyişiklik edib.

Qüvvədə olan Qaydaya əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Dəyişikliyə əsasən isə bundan sonra istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulacaq. Eyni zamanda indiyə qədər olduğu kimi bundan sonra da sınağın keçirilməsinə görə ödəniş tələb olunmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.