Deputatın qardaşı oğlu ilə direktor arasında pul davası - Məhkəmə prosesi

10-10-2017, 16:47           

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov "Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.

Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, "Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev həmçinin "Azəraqrartikinti” ASC-nin rəhbəridir/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru