Nazir əmr verdi, teatr direktoru və baş rejissor işdən çıxarıldı - Yeni təyinat oldu

10-10-2017, 16:51           

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir".

Bu barədə Mia.az-a Mədəniyyət və Turizm Nazirliyindən veriən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb:

"Əmrə əsasən, "Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə "Yuğ” Dövlət Teatrının baş rejissoru təyin olunub.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə "Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru