Nazir müavinindən - “Bəzən ixrac məhsullarının tam qeydiyyatı aparılmır”

12-10-2017, 08:58           
Nazir müavinindən - “Bəzən ixrac məhsullarının tam qeydiyyatı aparılmır”
Bunu Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, bu investisiya layihələrinin 80-ə yaxını icra edilib: “Bu investisiyalar nizamnamə kapitalı şəklində qoyulub və həmin vəsaitlərin 30-35%-i sahibkarın öz vəsaiti, qalanı isə borclanma hesabınadır. Kredit faizləri aşağı düşdükcə bu borclanma məsələləri də öz qaydasına düşəcək”.


Nazir müavini əlavə edib ki, bəzən ixrac edilən məhsulların qeydiyyatı tam aparılmır: “Bu ilin ilk 8 ayında ixrac 30% artıb. Bu rəqəm çox əhəmiyyətlidir. Bəzən ixrac edilən məhsulların tam qeydiyyatı aparılmır. Əgər tam qeydiyyat aparılsa, bu rəqəm daha çox olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru