Köhnə adından xilas ola bilməyən nazirlik - Foto

12-10-2017, 12:03           

Üç ildir adı dəyişdirilməsinə baxmayaraq, nazirlik hələ də öz rəsmi saytında adını yeniləməyib.

Axar.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologilayar Nazirliyinin rəsmi saytında nazirliyin adı 3 il bundan öncəki adı ilə qeyd edilib. Sayt, vaxtaşırı olaraq yenilənməsinə baxmayaraq, hələ də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adı ilə fəaliyyət göstərir.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamına əsasən yaradılmışdı. 2014-cü ildə nazirliyin adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edildi. Lakin 13 fevral 2017-ci il tarixli Sərəncama əsasən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəqliyyat Nazirliyi ilə birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı.

Hazırda nazirliyə Ramin Quluzadə rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.