Siqaret və spirtli içkilərin qiyməti artırılır - SƏBƏB?

12-10-2017, 12:20           
Siqaret və spirtli içkilərin qiyməti artırılır - SƏBƏB?
Yaxın günlərdə Azərbaycana idxal olunan siqaret və spirtli içki məhsullarının qiymətində artım olacaq.
Bu barədə Gununsesi.info-ya gömrük orqanlarından verilən məlumatda qeyd olunur. Xəbərdə bildirlir ki, qiymət artımı 20-30 faiz civarında gözlənilir.
Məlumatda bildirilir ki, gömrül orqanları xaricdən gələn məhsulların qiymət artımını daxili bazarın qorunması ilə izah etməyə çalışacaq. Ancaq sirr deyil ki, bu birbaşa ölkədəki yerli məhsulların qiymətinin artımına hesablanıb.
Xaricdən idxal olunan siqaretin bahalaşmasından sonra “European Tobacco Baku” da öz məhsullarının qiymətini artıracaq. Bundan başqa Azərbaycanda şərab istehsalı ilə məşğul olan zavodların da bahalaşmaya gedəcəyi qaçılmazdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru