İşıq və suyun tarifləri qalxacaq? - Nazirdən açıqlama

7-11-2017, 16:24           

Azərbaycan hökuməti “Azərişıq” ASC və “Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.

“A24.az”ın məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il “Azərişıq” ASC və “Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazir bildirib: “Biz güzəştə getməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru