Bakıda yeni teleqüllə tikilir - VİDEO

8-11-2017, 10:13           

Bakıda yeni teleqüllə tikilir.
teref.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, yeni alternativ teleqüllənin inşası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, paytaxtın Nərimanov rayonunda inşa edilən teleqüllənin hündürlüyü 140 metr olacaq. Tikinti işlərinin 80 faizi yekunlaşıb.
Yeni teleqüllənin tikilməsində məqsəd profilaktika işləri zamanı televiziyaların efirində yaranan fasiləni aradan qaldırmaqdır.
Teleqüllə gələn il istifadəyə veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru