"Azərbaycanda üzərindəki istehsal tarixi gələcəkdə göstərilən məhsullar var" - AÇIQLAMA

8-11-2017, 18:45           
"Azərbaycanda üzərindəki istehsal tarixi gələcəkdə göstərilən məhsullar var" - AÇIQLAMA
Paytaxtdakı marektlərin birində alış-veriş edən alıcı maraqlı bir mənzərə ilə qarşılaşıb.

Metbuat.az bildirir ki, müştəri almaq istədiyi “kukruz”un üzərində istehsal tarixinin 2017-ci ilin dekabr ayına aid olduğunu görüb.
Məhsulun istehsal tarixinin 2 ay önə çəkilərək istehsalçının aldadılması məsələsinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dövlət orqanları tərəfindən məsələ qaldırılarsa, həmin istehsalçını 1500 AZN cərimə gözləyir:

“Azərbaycanda üzərindəki istehsal tarixi gələcəkdə göstərilən məhsullar var. Bu, istehlakçıların aldadılması, əksər hallarda köhnə malların istehlakçılara təzə adı ilə satılmasıdır. Bu səbəblə, xüsusi ərzaq mallarını alarkən diqqətli olmaq lazımdır. Məhsulun istehsal tarixi ilə yanaşı saxlanma şəraitinə də fikir verilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru