Şahzadə həbsləri: neft nə qədər qalxacaq? - Vahid Əhmədov

12-11-2017, 11:25           

Neftin hazırkı dünya bazar qiyməti müvəqqəti haldır və siyasi faktorlardan qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Səudiyyə Ərəbistanında baş vermiş hadisələr dünya bazarında neftin qiymətlərinə öz təsirini göstərir. Eyni zamanda, ABŞ-da slans neftinin satışı ilə bağlı müəyyən problemlərin yaranması da prosesə təsirsiz ötüşmür. Ancaq neftin hazırkı dünya bazar qiyməti müvəqqəti haldır və siyasi faktorlardan qaynaqlanır. Hesab edirəm ki, 2018-ci ildə neftin orta qiyməti 50-55 dollar səviyyəsində olacaq. Bu qiymətlər isə normal hesab oluna bilər”, - millət vəkili bildirib.

Qeyd edək ki, antikorrupsiya əməliyyatları çərçivəsində Səudiyyə Ərəbistanında 200-dən çox yüksək çinli məmur saxlanılıb. Onların arasında şahzadələr və milyarderlər də var. Ərəbistanda baş verən bu olaylar fonunda neftin dünya bazarındakı qiyməti qısa müddətdə 5 dollar bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru