Bu hadisə 1972 ci ildə Münxendə baş verib. Çox da məşhur olmayan bir üzgüçü hovuzun kənarında durub "start" siqnalını gözləyirdi. Bu onun həyatında ilk olimpiya oyunları idi... Budur yarış başladı. O, suya tullandı və var gücü ilə bacardıqca sürətlə üzməyə başladı. Bir neçə dəqiqədən sonra o yarışı birinciliklə bitirərək qızıl medal qazandı və yeni rekorda imza atdı. Bu şəxs Münxendə 7 yarışa qatıldı 7 qızıl medal qazandı və 7 rekord təzələdi! Bu olimpiya oyunu tarixində baş verən böyük sensasiyalardan biri idi. Beləlilkə bütün dünya bir neçə saatln içində MARK SPİTÇ -i tanıdı... Lakin bu triumfun arxasında saatlarla sürən məşqlər və əzmlilik dayanırdı. Müxbirlərdən biri Marka belə bir sual veriri: - Bunu necə bacardın? Mark möhtəşəm bir cavab verir: - Qələbəni hamı sevir,bəs əziyyət çəkməyi necə? Xanım Bilalova. teref.az