Sayğaca elə bir müdaxilə etdi ki... - İşıqdan pulsuz yararlandı - VİDEO

13-11-2017, 05:21           
Sayğaca elə bir müdaxilə etdi ki... - İşıqdan pulsuz yararlandı - VİDEO
Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib, elektrik xəttini ağacın içindən keçiriblər.

teref.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb. Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.

Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizmini xüsusi magnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.

Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.

Belə yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.