Sabunçuda evləri su basıb (VİDEO)

13-11-2017, 06:14           

Evlər və həyətlər qrunt suları içərisindədir. Həm insanlar, həm də avtomobillər hərəkət etməkdə çətinlik çəkir.

teref.az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Savalan yaşayış massivindən gedir. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, yaşadıqları ərazi qrunt sularının altında qalıb.

Sakinlər bildirir ki, qarşıdan qış fəsli gəldiyindən vəziyyət daha acınacaqlı olacaq. Müvəqqəti çıxış yolu kimi həyətlərə qum səpilir. Amma bunun da faydası yoxdur.

Ərazidə kanalizasiya xətti olmadığından və yaşayış massivində insanlar çoxaldıqca vəziyyət daha da pisləşir. Sakinlər problemlərinin həllini gözləyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru