Bəşəriyyət üçün ən böyük təhlükə nədir? - 184 ölkədən 15 min alimin CAVABI

15-11-2017, 08:32           
Bəşəriyyət üçün ən böyük təhlükə nədir? - 184 ölkədən 15 min alimin CAVABI
Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb.

Trend-in məlumatına görə, müraciət "BioScience" jurnalında dərc olunub.

Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.

1992-ci ildən bu günədək qlobal temperatur 0,5 faiz artıb. Bu dövr ərzində içməli su ehtiyatlarının da azaldığı qeyd olunur.

Alimlərin fikrincə, son 25 il ərzində dünya əhalisi 2 milyard artıb, heyvanların sayı isə 30 faizədək azalıb.

Mütəxəssislər ekosistemə mənfi təsiri azaldacaq tədbirləri də təklif edib. Qoruqların yaradılması, qida tullantılarının sayının azalması və yaşıl texnologiyaların tətbiq olunması bu tədbirlər arasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru