Əlillərlə bağlı qanuna dəyişikliklər hökumətə GÖNDƏRİLİB

15-11-2017, 14:09           

Gələn il pensiyanın azalması məsələsi olmayacaq. Modern.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O qeyd edib ki, bu barədə KİV-də əsassız məlumatlar yayılıb. “ Bildiyiniz kimi, artıq pensiyaların baza və sığorta hissəsi yoxdur. Artıq pensiyanın tam məbləğinə artımlar ediləcək.

Bizim iyul ayından bəri hesablamalar da göstərir ki, əmək pensiyalarında artım müşahidə edilib. Bu yaxınlarda bir nəfər mənə təşəkkür etdi. O dedi ki, anası İqtisad Universitetində işləyir. Əvvəl 221 manat pensiya alırdısa, artıq dəyişikliklərdən sonra bu rəqəm 550 manat olub”.

Əlillərin müdafiəsinə gəlincə isə S.Müslümov bildirib ki, prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. “ Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki əlillərin sərbəst daxil olub çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial təminatı haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki məsələyə bu yaxınlarda baxılacaq”.

Komitə sədri Hadi Rəcəbli isə qeyd edib ki, yeni qanun layihəsi yaxın vaxtlarda Milli məclisə daxil olacaq və bununla bağlı müzakirələr aparılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.