“Əlillərə 50 manat müavinət verilir, bu nəyə bəs edər” – Deputat sərt DANIŞDI

15-11-2017, 14:13           
“Əlillərə 50 manat müavinət verilir, bu nəyə bəs edər” – Deputat sərt DANIŞDI
Deputat Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən Aytən Mustafayeva bildirib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır.

“Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Onların təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur.

Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal, kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? Ələbaxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var.

Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”-deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru