Bu rayonumuzun əhalisi sevindi - Çörəyin qiyməti 20 qəpiyə endirildi

16-11-2017, 14:25           
Bu rayonumuzun əhalisi sevindi - Çörəyin qiyməti 20 qəpiyə endirildi
Bu gün səhər saatlarında yuxudan oyanan Xaçmaz sakinlərini çörəyin qiyməti yaxşı mənada təəccübləndirib.

GoldNews.az xəbər verir ki, şəhərdə yerləşən çörək zavodlarından biri çörəyin qiymətində 50% endirim edib. Belə ki, zavodun bişirdiyi çörəklər əvvəllər 40 qəpiyə satıldığı halda, bu gündən etibarən şəhərin bütün mağazalarında 0.20 AZN-ə alıcılara təklif edilir.

Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər. Bildiriblər ki, onlar bu qərara çox sevinirlər:"Rayonda unun qiyməti aşağı salınmayıb. Zavodun niyə belə addım atdığı bizə məlum deyil. Əsas odur ki, gözəl təşəbbüsdür".

Redaksiyamın əldə etdiyi məlumata görə, bu addımı atan zavodun əsas məqsədi bazarda rəqabət mühitinə tab gətirmək və öz yerini möhkəmləndirməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru