Azərbaycanda bank ehtiyatları 15 faiz azalıb –Mərkəzi Bankından hesabat

13-12-2017, 00:17           

2017-ci ilin noyabrın 1-dək Azərbaycanda bank ehtiyatları 2,11 milyard manat təşkil edib.

Bu barədə "Trend"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır. Ötən il bu rəqəm 2,48 milyard manat təşkil edib.

2017-ci il oktyabrın sonunda ölkədə genişləndirilmiş pul bazası 9,83 milyard manata bərabər olub. Bu rəqəm ötən ilin oktyabrı ilə müqayisədə 11,8 faiz çoxdur. Ötən ilin oktyabrında bu, 8,79 milyard manat təşkil edib.

Hesabatda qeyd olunur ki, bu il noyabrın 1-dək manatda pul bazası 8,53 milyard manat olub. 2016-cı ilin oktyabrında bu 7,45 milyard manata bərabər olub.

Hesabat dövründə dövriyyədə nağd pulun həcmi 7,67 milyard təşkil edib, 2016-cı ilin noyabrın 1-dək isə bu rəqəm 6,29 milyard manat olmuşdu.

2017-ci ilin oktyabrında dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 78,1 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru