Dağıstan: Bütün rus nefti Bakıya gedir

14-12-2017, 11:26           

Hazırda Mahaçqala limanı Xəzər hövzəsində ən aşağı yük dövriyyəsi olan limandır.

Axar.az xəbə verir ki, bunu Dağıstan Baş nazirinin müavini Şamil İsayev söyləyib.

Onun sözlərinə görə, il ərzində limanın dövriyyəsi 58,3% azalıb. O, azalmanın Qazaxıstandan neft daşımaları üçün kvotanın aşağı salınması və bəzi Rusiya neft şirkətlərinin yüklərinin xarici limanlar vasitəsilə tranzit olunması səbəbindən baş verdiyini bildirib:

“Əgər nəzərə alsaq ki, Mahaçqala birinci növbədə neft yüklərinin daşınması üçün nəzərdə tutulub və Xəzərin bu sahilində Bakıdan başqa bu daşımaları həyata keçirən xüsusi terminal yoxdur, o zaman hər şey aydın olur. Xammal Azərbaycan limanına gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru