Klinikadan ölümlə bağlı açıqlama: - Ailə şikayətçi deyil

20-12-2017, 21:23           
Klinikadan ölümlə bağlı açıqlama: - Ailə şikayətçi deyil
16 dekabr tarixində Nurağa Qasımov əməlliyyata alınıb. Açıq ürək əməliyyatı başa çatdıqdan sonra bir daha ürək dayanıb və həkimlər həmin an ikinci əməliyyata başlayıblar. Ümumilikdə 9 saatdan çox davam edən əməliyyatdan mərhum sağ çıxıb və klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Bu sözləri Axar.az-a “Grand Hospital” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli dünən ürək əməliyyatı zamanı sözügedən klinikada həyatını itirən 55 yaşlı pasientlə bağlı danışarkən deyib.

T.Məmədli bildirib ki, ürək əməliyyatından sonra ölən Nurağa Qasımov ürəyin işemik xəstəliyi, miokard infakt, gərginlik stenokardiyası, eləcə də Hepatit B diaqnozu ilə “Grand Hospital”a müraciət edib:

“O, 2 gün həkimlərin nəzəri altdında qalıb. N.Qasımovun vəfat etməsinin səbəbi sırf əməliyyat deyil. Mərhumda oqran yetməzliyi də müşahidə olunurdu. Ölüm səbəbi tibbi dillə desək, ürək yetməzliyinə bağlı poliorqan yetməzliyidir. Yəni ürəklə yanaşı burada həm də ağ ciyər, qaraciyər və böyrək çatışmalığı var idi. Mətbuatda qeyd olunur ki, mərhum əməliyyat zamanı dünyasını dəyişib. Xeyr, ağır keçən əməliyyatdan stabil vəziyyətdə çıxan xəstə 2 gün sonra, 18 dekabr axşam saatlarında klinikanın reanimasiya şöbəsində dünyasını dəyişib”.

Klinikanın mətbuat xidmətinin rəhbəri bildirib ki, mərhumun yaxınları N.Qasımovun bir sıra ağır xəstəlikdən əziyyət çəkdiyini bildikəri üçün ekspert rəyi tələb etməyib, şikayətçi qismində də olmayıblar:

“Buna baxmayaraq, Tibbi Ekspertizaya müraciət olunub. Hazırda araşdırmalar aparılır və nəticələr bəlli olan kimi mətbuata məlumat veriləcək.

Ümumiyyətlə, əməliyyata daxil olan hər bir kəs ölüm riskini nəzərə alır və müqavilə imzalayır. “Grand Hospital”ın kifayət qədər savadlı həkimləri, tibbi personalı var. Onlar hər gün bir neçə əməliyyat aparıb, yüzlərlə insanı həyata qaytarırlar. Amma tibb sahəsində 100% heç nə yoxdur. Əməliyyat varsa, ölüm riski də var. Xüsusi ilə açıq ürək əməliyyatı kimi ağır prosesdən söhbət gedirsə”.

Qeyd edək ki, “Grand Hospital”da həyata keçirilən açıq ürək əməliyyatından sonra 55 yaşlı Nurağa Qasımov dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.