Bakı Dəmir Yolu Vağzalında işıqların sönməsinə səbəb PİŞİK olub

21-12-2017, 11:36           
Bakı Dəmir Yolu Vağzalında işıqların sönməsinə səbəb PİŞİK olub
Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub:

"Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb".

S.Qədirova bildirib ki, hadisə nəticəsində Bakı Dəmir Yolu Vağzalında təxminən 15 dəqiqə elektrik enerjisi olmayıb: "Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub, problem yoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru