4 kameraya malik smartfon təqdim edildi – FOTO

23-12-2017, 01:31           

Çinin “Huawei” şirkəti “Honor” smartfonlarının istehsal xəttini yeniləyib. 4 kamera ilə təchiz edilmiş və “Android 8.0 Oreo” mobil əməliyyat sistemi ilə idarə olunan “Honor 9 Lite” modeli təqdim edilib.

Yeni smartfon tamamilə metal korpusa salınıb və 2,36 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 659” prosessoru, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. Sonuncunu “microSD” çıxarılıb taxılan daşıyıcılarının hesabına artırmaq mümkündür.

Smartfon 5,65 düymlük diaqonal, 2160×1080 piksel təsvir ölçülü və 18:9 tərəflər nisbətinə malik ekranla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Smartfonda 4 kamera nəzərdə tutulub. Ön ikiqat blok 13 və 2 milyon pikseldən ibarət sensora malikdir. Eyni sensorlar ikiqat arxa modulun tərkibinə daxildir və işıq diodu işıqlandırıcısına malikdir.

Aparat SİM kartlar üçün 2 ədəd slot və aşağıdakı simsiz rabitə modullarına malikdir: “4G LTE”, “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2” və “GPS”. Barmaq izlərinin skaneri qurulub. 7,6 mm-lik smartfonun qalınlığı 149 qr-dır.

“Honor 9 Lite” smartfonunun korpusu bir neçə rəngdə əlçatandır və qiyməti 180 dollardan başlayır.


\\ICTnews













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru