“DəmirBank”dan əmanətlərin qaytarılması haqda AÇIQLAMA

23-12-2017, 20:46           
“DəmirBank”dan əmanətlərin qaytarılması haqda AÇIQLAMA
Dünən lisenziyası ləğv olanan “DəmirBank” ASC Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilərinə müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli müştərilər!

Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.

Fəaliyyətdə olduğumuz müddət ərzində sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq.

Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq. Bununla bağlı mütəmadi olaraq bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcək. İnanırıq ki, hər bir müştərimiz sonda “DəmirBank”ı xoş təəssüratla xatırlayacaq. Uğurlar.

Əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru