Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib

27-12-2017, 08:55           
Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib
Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə"yə dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, əsanamənin 2.1.1-ci yarımbəndində (Pedaqoji şuranın fəaliyyət istiqamətləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli qərarı ilə təsdiq edilən "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"na uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi və təhsil proqramlarının seçilməsi) "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən" sözləri qeyd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.