İki aydır Rusiyada komada olan 13 yaşlı azərbaycanlı qızın Vətənə gətirilməsi planlaşdırılır

28-12-2017, 10:35           
İki aydır Rusiyada komada olan 13 yaşlı azərbaycanlı qızın Vətənə gətirilməsi planlaşdırılır
Noyabr ayının əvvəlində Rusiyanın Novosibirsk şəhərində komaya düşən 13 yaşlı Azərbaycan vətəndaşı Aytac Hüseynovanın valideynləri qızlarını Vətənə gətirmək niyyətindədirlər.

"Report" "kp.ru"ya istinadən xəbər verir ki, akademik Y.N.Meşalkin adına Milli Tibbi Mərkəzdə yatan Aytac artıq reanimasiyadan adi palataya köçürülüb.

"O, bir həftə əvvəl palataya köçürülüb, heç bir şeyə reaksiya vermir, gözləri açıq vəziyyətdə uzanır, hərəkət edə bilmir və zond vasitəsi ilə qidalanır. Vəziyyəti əlbəttə ki, ağırdır. Bizə dedilər ki, ona "apallik sindrom" ("ayıq koma") diaqnozu qoyulub. Həkimlər dedilər ki, ona yaxşı baxmaq lazımdır və zamana ehtiyac var. Ola bilsin ki, Aytac özünə gəlsin, ola bilsin ki, gəlməsin", - deyə qızın dayısı Rəşad Hüseynov bildirib.

O deyib ki, hazırda uşağın Azərbaycana geri qaytarılması planlaşdırılır:

"Hazırda onu Azərbaycana geri qaytarmağı planlaşdırırıq. Köçürülmə mümkündür, lakin onu həkimin müşayiət etməsi lazımdır. Razı salmağa çalışıram, lakin bayram günlərinə qədər çətin ki, bacarım. Odur ki, hər şeyi yanvarın ortalarına qalır. Hələ ki, danışıqlar gedir, maliyyə məsələsi ailə üçün əvvəlki kimi ağırdır. Klinikaya bir milyon rubldan çox borc yaranıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.