Fatma Abdullazadə ilə bağlı məsələyə aydınlıq gəldi - Ölkədən çıxışı ona görə əngəllənib ki...

28-12-2017, 17:48           
Fatma Abdullazadə ilə bağlı məsələyə aydınlıq gəldi - Ölkədən çıxışı ona görə əngəllənib ki...
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub.

Axar.az-a daxil olan məlumata görə, Fatma Abdullazadənin ölkədən çıxışına qoyulan qadağanın külli miqdarda pul mənimsəməsi və ya kiməsə borcu ilə heç bir əlaqəsi yoxdur.

Sabiq şöbə müdiri banka ödəyə bilmədiyi külli miqdarda kredit borcuna görə sərhəddi keçə bilməyib.

Qeyd edək ki, Modern.az Fatma Abdullazadənin Azərbaycandan çıxışına külli miqdarda pul mənimsəməsi faktına görə qadağa qoyulduğunu yazıb.

Xatırladaq ki, F.Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.