İri dövlət şirkətlərində maliyyə intizamı gücləndiriləcək

29-12-2017, 12:25           
İri dövlət şirkətlərində maliyyə intizamı gücləndiriləcək
Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi "2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"na uyğun olaraq "Fiskal qayda"ların qəbulu orta və uzun müddətli dövrdə fiskal siyasətin kontr-tsiklliyi və dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bildirilir ki, ortamüddətli dövrdə fiskal konsolidasiyanın davam etdirilməsi və kəsirsiz büdcəyə nail olunması, stimullaşdırıcı vergi siyasətinə keçid, dövlət xərclərinin iqtisadi artımı və şaxələnməni dəstəkləyən istiqamətlərə (ilk növbədə insan kapitalının inkişafı) fokuslaşması makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru