Masallıda etiraz aksiyası: polislə toqquşmada bir nəfərin xəsarət aldığı deyilir+FOTOLAR

29-12-2017, 17:16           

Masallı rayonunun Sırabil kəndində sakinlər etiraz aksiyası keçiriblər, polislə toqquşma olub.

AFN icra.az saytına istinadla xəbər verir ki, icra hakimiyyətinin əməkdaşları polisin gücündən istifadə edərək kənd camaatının heyvanları üçün ayrılan örüş yerin əhalinin əlindən almaq istəyir. Hadisə yerindən verilən məlumata görə, örüş yerinin əhalidən alınaraq çəltik əkilməsinə Masallının icra başçısı Rafil Hüseynov göstəriş verib. Kənd sakinləri isə heyvanların örüş yerini verməmək üçün etiraz edirlər.
Məlumata görə, polisə etiraz edən yaşlı bir kənd sakini qarşıdurmada xəsarət alıb.
Mövzunu davam etdirəcəyik.
Masallıda etiraz aksiyası: polislə toqquşmada bir nəfərin xəsarət aldığı deyilir+FOTOLAR














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.