“Sürəyya qoymadı ki, barmağına nişan üzüyü salınsın” - 18 yaşlı qızın intiharının təfərrüatı

2-01-2018, 13:05           
“Sürəyya qoymadı ki, barmağına nişan üzüyü salınsın” - 18 yaşlı qızın intiharının təfərrüatı
Qaxda 18 yaşlı qızın intiharının bəzi səbəbləri məlum olub.

Rayonun Üzümlü kənd sakinlərinin AzNews.az-a açıqlamasında bildirib ki, həmin günü Sürəyya Əbdürrəhmanovaya həmin günü nişan gələcəkmiş: “Hadisə dünən baş verib. Sürrəyaya nişan gələcəkdi. Amma o, nişandan əvvəl özünü asıb. Bu xəbər kənddə hamını şoka salıb. Sürəyyanın səhhətində heç bir problem yoxdur. Özü də onun hələ mart ayında 18 yaşı olacaqdı. Atası çox zəhmətkeş insandır. 3 qızı, bir oğlu var. Qızlarının ikisini köçürdüb, üçüncünü də nişanlamaq istəyirdi. Amma Sürəyya buna imkan vermədi, qoymadı ki, barmağına nişan üzüyü salınsın. Bizdə kənd camaatı müasirdir, qız kimisə sevməsə onu məcbur verməzlər. Əgər belə bir şey olsa sensasiya olar. Biz deyirik ki, belə bir şey olmaz”.

Qeyd edək ki, Qaxda intihar hadisəsi baş verib.

Rayonun Üzümlü kənd sakini, 18 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru