Sığortadan qan ağlayan əhali - Bu şirkətlər canımızı boğaza yığıb

3-01-2018, 11:30           

Şirkət bağlansa da, gündəmdən düşmür…

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi sığorta şirkətləri ilə dekabr ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1055 xəbər yerləşdirilib. Bunlardan 1025-i neytral, 7-si müsbət, 23-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər ATA Sığorta (10 xəbər – sığorta şirkətində skandal- sığorta fırıldağı), Günay Sığorta (10 xəbər – sığorta şirkəti vətəndaşı çıxılmaz vəziyyətə saldı) və AzSığorta Şirkətinə (3 xəbər –sığorta şirkəti çətinliklərlə üzləşir) məxsusdur. Müsbət xəbərlər isə ATA Sığortaya (7 xəbər – sığorta şirkəti Uğur 2017 milli mükafatına layiq görüldü) aiddir.
Xəbər sayına görə sıralama:



1 Dövlət Sığorta Kommersiya Şirkəti 178 xəbər
2 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 88 xəbər
3 ATA Sığorta 71 xəbər
4 Paşa Sığorta 70 xəbər
5 AzSığorta 66 xəbər
6 Atəşgah Sığorta 64 xəbər
7 Günay Sığorta 61 xəbər
8 AXA MBASK Sığorta 48 xəbər
9 Standard İnsurance (Sığorta) 42 xəbər
10 Azərbaycan Sənaye Sığorta 38 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 56 xəbər dərc edilib. Bunlardan 53-ü neytral, 3-ü isə müsbət xəbərlərdir. Dekabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:



1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 16 xəbər
2 Dövlət Sığorta Kommersiya Şirkəti 10 xəbər
3 ATA Sığorta 10 xəbər
4 Günay Sığorta 2 xəbər
5 Paşa Sığorta 2 xəbər
6 Atəşgah Sığorta 2 xəbər
7 Beynəlxalq Sığorta Şirkəti 2 xəbər
8 Meqa Sığorta 1 xəbər
9 Başak-İnam Sığorta Şirkəti 1 xəbər
10 Qarant Sığorta 1 xəbər
Dekabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 17 xəbər göstərilib. Bu xəbərlər isə Paşa Sığorta (10 xəbər) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (7 xəbər) məxsusdur.



A24.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.