Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu- FOTOLAR

4-01-2018, 00:03           
Əkizlərdən biri 2017, digəri isə 2018-ci ildə doğuldu- FOTOLAR
Kaliforniyada nəinki gün, il fərqi ilə doğulmuş əkizlər dünyaya gəldi.

Bu haqda "Daily Mail” nəşri xəbər yayıb. Həkimlərin hesabına görə, 27 yanvarda doğmalı olan Maria Ontiverosun dekabrın 31-də erkən doğum sancıları başalyıb və o, xəstəxanaya aparılıb. 2018-ci ilin qədəm qoymasına yaxın dəqiqələrdə doğum prosesi başlayıb və körpələr 18 dəqiqə fərqi ilə dünyaya gəlib. İlk uşaq- oğlan 31 dekabr 2017-ci ildə saat 23:58-də, ikinci körpə- qız isə 2018-ci il yanvarın 1-də saat 00:16-da doğulub. Çəkisi 2,5 kq olan oğlanın adını Xoakin, 2,1 kq-lıq qızın adını isə Aitana qoyublar.

Həkimlərin sözlərinə görə, erkən doğumlara baxmayaraq körpələr özlərini yaxşı hiss edirlər.
Marianın ailəsi zəngin deyil. O, əri ilə birgə daha üç qız böyüdür. Odur ki, yerli ictimai təşkilatlar bu ailəni mükafatlandırmaq qərarına gəliblər. Ontiveroslar ailəsinə qeyri-adi doğuşlara görə 3 min dollarlıq hədiyyələr bağışlanıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru