Rio-de-Janeyroda ekoloqlar 88 ölü delfin aşkarlayıblar

5-01-2018, 08:37           
Rio-de-Janeyroda ekoloqlar 88 ölü delfin aşkarlayıblar
Braziliyanın ekoloqları Rio-de-Janeyroda, körfəzdə ölmüş 88 delfinin məhvi səbəbini müəyyənləşdirməyə çalışırlar.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, onlarla delfinin cəsədi son 18 həftədə körfəzdən çıxarılıb. Bioloq Leonardo Flaç teleşirkətə bildirib ki, delfinlərin məhvinə bakteriya və ya virus səbəb ola bilər.

"Biz heç vaxt belə halla rastlaşmamışıq. Bu, faciədir. Hər gün dörd və ya beş ölmüş delfin tapırıq", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru