Azərbaycanlılara Türkiyədə “iş tapan” şəxslər tutuldu: - 250 min dollarlıq fırıldaq

8-01-2018, 13:02           
Azərbaycanlılara Türkiyədə “iş tapan” şəxslər tutuldu: - 250 min dollarlıq fırıldaq
Türkiyədə azərbaycanlıları internet vasitəsilə aldadaraq iş tapmaq adı ilə pul qoparan şəxslər tutulub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcütandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub.

Onlar aldatdıqları şəxslərlə internet vasitəsilə əlaqə qurublar və bunun qarşılığında hərəsindən min dollar pul alıblar. 4 il ərzində aldadılan 250 nəfərdən ümumilikdə 250 min dollar pul alınıb.

Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Sakarya polisi C.M-nı Adabazarında, B.A-nı isə Serdivan qəsəbəsindəki evdə ələ keçirib. Məlum olub ki, C.M 4 fərqli fırıldaqçılıq ittihamı ilə axtarışdadır və 8 il 3 ay həbs cəzası alıb.

B.A isə 3 fırıldaqçılıq ilə axtarışdadır və haqqında 4 il 2 ay həbs cəzası var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru